“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Şirvanda və Ağsuda keçirilir.
Şirvanda keçirilən təlimlərin açılış mərasimi 18 Yanvar 2010-cu il tarixində, saat 9:00-da Şirvan Rayonu 18 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Şirvan Rayonu İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, Şirvan Rayonu Gənclər və İdman idarəsinin rəisi Azər Quliyev, Şirvan Rayonu Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev və “İrəli”nin nümayəndəsi İmam Quliyev iştirak etmişlər.
Ağsuda keçirilən təlimlərin açılış mərasimi isə 18 Yanvar 2010-cu il tarixində, saat 9:00-da Ağsu Rayonu İcra Hakimiyyətinin akt zalında baş tutmuşdur. Mərasimdə Ağsu Rayonu İcra Hakimiyyəti başçısının müavini Akim Mirzəyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Kərimli, Ağsu Rayonu Təhsil Şöbəsinin müdiri Tahir Xası və “İrəli”nin nümayəndəsi Xəqani Fərəcov iştirak etmişlər .Şirvanda keçirilən təlimlərdə 135 nəfər, Ağsuda isə 149 nəfər qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.


