“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər İmişli və Biləsuvarda keçirilir.
İmişlidə keçirilən təlimlərin açılış mərasimi 7 Dekabr 2009-cu il tarixində, saat 9:00-da İmişli Rayonu 2 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə İmişli Rayonu İcra Hakimiyyəti başçısının müavini Səlim Məhərrəmov, İmişli Rayonu 2 saylı orta məktəbin direktoru Famil Fərəcov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Biləsuvarda keçirilən təlimlərin açılış mərasimi isə 7 Dekabr 2009-cu il tarixində, saat 9:00-da Biləsuvar Rayonu 4 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Biləsuvar Rayonu Gənclər və İdman İdarəsinin rəisi Mütəllim Əhmədov, Biləsuvar Rayonu Mədəniyyət Şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov və “İRƏLİ”nin nümayəndəsi İmam Quliyev iştirak etmişlər .
İmişlidə keçirilən təlimlərdə 130 nəfər, Biləsuvarda isə 120 nəfər qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.


