“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Ağdaş və Bərdədə keçirilir.
Ağdaşda keçirilən təlimlərin açılış mərasimi 9 Noyabr 2009-cu il tarixində, saat 9:30-da Ağdaş Rayonu M. İsayev adına orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Ağdaş Rayonu Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, M.İsayev adına orta məktəbin direktoru Ədilxan Ədilov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Bərdədə keçirilən təlimlərin açılış mərasimi isə 9 Noyabr 2009-cu il tarixində, saat 9:00-da Bərdə Rayonu Z.Əliyeva adına məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Bərdə Rayonu İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, Bərdə Rayonu Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə Rayonu Təhsil şöbəsinin rəisi Rəhilə İsmayılova iştirak etmişlər.
Ağdaşda 125, Bərdədə isə 134 nəfər iştirakçı qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.


