“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Göyçay və Ucarda keçirilir.
Göyçayda keçirilən təlimlərin açılış mərasimi 2 Noyabr 2009-cu il tarixində, saat 9:00-da Göyçay Rayonu 7 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Göyçay Rayonu İcra Hakimiyyəti başçısının müavini Rəqşandə Rəcəbova, Göyçay Rayonu Təhsil Şöbəsinin müdiri Asif Nəbiyev və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Ucarda keçirilən təlimlərin açılış mərasimi isə 2 Noyabr 2009-cu il tarixində, saat 9:00-da Ucar Rayonu 1 saylı texniki – humanitar təmayüllü məktəb – liseyin akt zalında baş tutmuşdur. Mərasimdə Ucar Rayonu İcra Hakimiyyəti başçısının müavini Nadir Mirzəliyev, Ucar Rayonu Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov və “İRƏLİ”nin nümayəndəsi Eldar Mirzəliyev iştirak etmişlər .
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.


