Hörmətli KİV nümayəndələri!
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Masallı və Cəlilabadda keçirilir.
Masallıda keçirilən təlimlərin açılış mərasimi 5 Oktyabr 2009-cu il tarixində, saat 9:00-da Masallı Rayonu 3 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Masallı Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Seyfəddin Əliyev, Masallı Rayonu Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Cəlilabadda keçirilən təlimlərin açılış mərasimi isə 5 Oktyabr 2009-cu il tarixində, saat 10:00-da Cəlilabad Rayonu Mədəniyyət evinin akt zalında baş tutmuşdur. Mərasimdə Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini Asif Əzizov, Cəlilabad Rayonu Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov və “İRƏLİ”nin nümayəndəsi Xəqani Fərəcov iştirak etmişlər .
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.


