Hörmətli KİV nümayəndələri!
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Lerik və Yardımlıda keçirilir.
Lerikdə keçirilən təlimlərin açılış mərasimi 28 Sentybar 2009-cu il tarixində, saat 9:00-da Lerik Rayon 1 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Lerik Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Əlipənah Bayramov, Lerik Rayonu Təhsil Şöbəsinin nümayəndəsi Mehman Rəcəbov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Yardımlıda keçirilən təlimlərin açılış mərasimi isə 28 Sentyabr 2009-cu il tarixində, saat 9:00-da Yardımlı Rayonu Mədəniyyət evinin akt zalında baş tutmuşdur. Mərasimdə Yardımlı Rayonu İcra Hakimiyyəti Aparatının şöbə müdiri Şakir Kərimov, Yardımlıı Rayonu Gənclər və İdman idarəsinin rəisi Azər Xanıyev və “İRƏLİ”nin nümayəndəsi Xəqani Fərəcov iştirak etmişlər .
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.


