TƏLİM KEÇƏNLƏR 6988 NƏFƏR
Anar Eminov, 31 yaş, Goranboy - Şəlalə Məmmədova, 19 yaş, Goranboy - Elçin Əsgərov, 19 yaş, Goranboy - Fariz Həmzəyev, 24 yaş, Goranboy - Anar Həsənov, 24 yaş, Goranboy - Elvin Cəmilzadə, 19 yaş, Goranboy - Lalə İsgəndərova, 20 yaş, Goranboy - Şəhanə Rüstəmova, 19 yaş, Goranboy - Əfsanə Abbasova, 24 yaş, Goranboy - Çinarə Civəzadə, 21 yaş, Goranboy - Nailə Sadıqova, 35 yaş, Goranboy - Natiqə Əliyeva, 27 yaş, Goranboy - Afət Hüseynova, 31 yaş, Goranboy - Elnur Qasımov, 31 yaş, Goranboy - İsgəndər Vəliyev, 19 yaş, Goranboy - Zaur Qasımov, 30 yaş, Goranboy - Elgün Eminov, 19 yaş, Goranboy - Pərviz Həsənov, 19 yaş, Goranboy - Elnur Abdullayev, 28 yaş, Goranboy - Emil Məmmədov, 24 yaş, Goranboy
partnyorlar

Xəbərlər

PRESS RELİZ “İnformasiya Texnologiyaları Akademiyası” İsmayıllı rayonunun İvanovka və Lahıc kəndlərində seminarlar keçirmişdir. - 2009-09-18

PRESS-RELİZ 

“İRƏLİ” “İnformasiya Texnologiyaları Akademiyası” İsmayıllı rayonunun İvanovka və Lahıc kəndlərində seminarlar keçirmişdir.

Hörmətli KİV nümayəndələri!

“İRƏLİ” “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi İsmayıllı rayonunda keçirdiyi təlimlər çərçivəsində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İvanovka və Lahıc kəndlərində seminarlar həyata keçirmişdir. Seminarlarin keçirilməsinin əsas səbəbi adları qeyd olunan kəndlərlə rayon mərkəzi arasında məsafənin çox olduğundan təlimlərə marağı olan əhalinin iştirakı ilə bağlı çətinliklərin mövcudluğu olmuşdur.

İvanovka kəndində seminar 17 Sentyabr 2009-cu il tarixində, saat 16:00-da Heydər Əliyev adına 1 saylı orta məktəbdə başlamışdır. 2 saat davam edən seminarda “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev və layihənin təlimçisi Xəqani Fərəcov “İNTERNET nədir?” və “Müasir insanın həyatında İNTERNET-in rolu” mövzusunda çıxış etmişlər. Seminarda 30 nəfər orta məktəb müəllimləri və gəncləri iştirak etmişdir. Seminar iştirakçıların xahişi ilə rus dilində keçirilmişdir. Seminarın sonunda iştirakçıların sualları cavablandırılmış və “İnformasiya Texnologiyaları Akademiyası” adından məktəbin informatika müəllimlərinə elektron dərsliklər hədiyyə edilmişdir.

18 Sentyabr 2009-cu il tarixində, saat 16:00-da Lahıc qəsəbə 1 saylı orta məktəbində başlamışdır. 30 nəfər müəllim və gəncin qatıldığı seminarda “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev və layihənin təlimçisi Vasif Abdullayev “İNTERNET nədir?” və “Müasir insanın həyatında İNTERNET-in rolu” mövzusunda çıxışları böyük maraqla qarşılanmışdır. 2 saat davam edən seminarın sonunda iştirakçıların sualları cavablandırılmış və “İnformasiya Texnologiyaları Akademiyası” adından məktəbin informatika müəllimlərinə elektron dərsliklər hədiyyə edilmişdir.

 

Qeyd edək ki, bu tip seminarların yaxın gələcəkdə layihənin olacağı digər rayonlarda da keçirilməsi nəzərdə tutlur.

printerçap versiyası

Site developed by WEBB company