PRESS-RELİZ
“İRƏLİ” “İnformasiya Texnologiyaları Akademiyası” layihəsini Oğuz və Samuxda davam etdirir.
Hörmətli KİV nümayəndələri!
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Oğuz və Samuxda keçirilir.
Oğuzda keçirilən təlimlərin açılış mərasimi 17 Avqust 2009-cu il tarixində, saat 10:00-da Oğuz Rayon 2 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə Oğuz Rayonu İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Səyyaf Abbasov, Oğuz Rayon Təhsil Şöbəsinin müdir müavini Elçin Kərimov, Oğuz Rayonu Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, Oğuz Rayon İcra Hakimiyyətinin elm, təhsil və mədəniyyət şöbəsinin baş məsləhətçisi Tofiq Daşdəmirov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Samuxda keçirilən təlimlərin açılış mərasimi isə 17 Avqust 2009-cu il tarixində, saat 11:00-da Samux Rayonu Mədəniyyət Evində baş tutmuşdur. Mərasimdə Samux Rayonu İcra Hakimiyyətinin başçısının təhsil, mədəniyyət, səhiyyə işləri üzrə müavini Məhəbbət Həsənova, Samux Rayonu Gənclər və İdman idarəsinin rəis müavini Elnur Fərmanlı və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin koordinatoru Musa Qurbanov iştirak etmişlər .
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.
Hörmətlə,
Aynur Həsənzadə
“İRƏLİ” İctimai Birliyinin mətbuat katibi


